REGİONLAR


Ağdamlı pambıqçılar proqnozdan çox “ağ qızıl” tədarük ediblər

Ağdam, 14 noyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımı davam edir. Ağdamlı pambıqçılar bu günədək nəzərdə tutulandan çox - 7065,82 ton məhsul toplayaraq, qəbul məntəqələrinə təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 27,1 sentnerdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. Ağdam pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək, mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 30 tona yaxın məhsul tədarük edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.