REGİONLAR


Ağdamlı ziyalı: Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb

Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Çox təsirli bir hissdir, kədərlə sevinc bir-birinə qarışıb. Sevinirik ki, Ağdamdayıq. Bundan böyük xoşbəxtlik ola bilməz.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş rayon ziyalısı Allahverdi Nəsiboğlu söyləyib.

Məktəbdə müəllim işləyən A.Nəsiboğlu deyib: “5-6 il əvvəl şagirdlərlə bir müsahibə keçirmişdim. Şagirdlərin əksəriyyəti sorğuda “Ağdam”, “Qarabağ” yazmışdılar. “Ağdam”, “Qarabağ” sözləri onların qəlbində genişlənərək, Vətənə, Vətənin azadlığına, Qarabağın işğaldan azad edilməsinə çevrildi.

Ağdamın onun üçün çox müqəddəs bir yer olduğunu diqqətə çatdıran Allahverdi müəllim deyib: “Ağdam həmişə mənim Kəbəm, Məkkəm, Mədinəm olub. Çox şükürlər olsun ki, Ağdam və digər ərazilərimiz işğaldan azad edilib. Mən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Belə bir misra var:

Bəlkə də borcundan çıxmadım Vətən

Ömür bahar deyil bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Şəhidlərimiz Vətən uğrunda bir ovuc torpağa çevrildilər, Amma Qarabağı özümüzə qaytardılar. Bizi, özümüzü özümüzə qaytardılar. Bu gün mənim üçün çox dəyərli gündür. Bu günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, Müzəffər Ali Baş Komandana və qazilərimizə cansağlığı diləyirəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.