REGİONLAR


Ağdamlılar siyahıyaalınmada fəal iştirak ediblər

Ağdam, 12 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 1-10-da keçirilən əhalinin növbəti siyahıyaalınması Ağdam rayonunda müvəffəqiyyətlə yekunlaşıb. Əhalinin siyahıyaalınması Ağdam rayonunun işğal altında olmayan 44 kənd və 18 qəsəbəsində aparılıb.

Ağdam rayon statistika idarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əhalinin siyahıyaalınması 256 sayıcının köməyi ilə həyata keçirilib. Rayon əhalisi bu mühüm dövlət tədbirində fəallıq nümayiş etdiriblər.

İdarə rəisi qeyd edib ki, oktyabrın 11-15-də təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən seçmə qaydada sayıcıların işinin keyfiyyətinin yoxlanılması aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.