CƏMİYYƏT


Ağdaş, Bərdə və Ağdam sakinləri olan koronavirus xəstələri Mingəçevirdə saxlanılıblar

Bakı, 2 dekabr, AZƏRRTAC

Mingəçevir şəhərinin girişində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmağa çalışan aktiv koronavirus xəstələri aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunan Ağdam rayon sakini Şahlar Yaqubov, Ağdaş rayon sakini Kəmalə Əhmədzadə və Bərdə rayonu sakini Xalid Məmmədov qaydaları pozaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyənləşdirilib. Onlar Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri göndəriliblər.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.