İQTİSADİYYAT
Ağdaş Elektrik Şəbəkəsi üzrə təmir işləri aparılır
Bakı, 24 noyabr, AZƏRTAC
“Ağdaş” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlakçılara ötürülən enerjinin keyfiyyətinin və dayanıqlılığının yüksəldilməsi istiqamətində təmir-bərpa işləri yerinə yetirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən aylarda fərdi abonentlərin ünvanlarına 140-a yaxın sayğac quraşdırılıb, zədələnmiş və qüsurlu 190-a yaxın sayğac yenisi ilə əvəz olunub. Bundan əlavə, 10 kilovoltluq (kV) “Xosrov”, “Qoşaqovaq”, “Qəsəbə”, “Dəhnəxəlil”, “Orta Ləki”, I “Şəhər” və “Şıxlı” hava xətlərinin 1,7 km-dən artıq hissəsində əsaslı təmir aparılıb. Bu proses 0,4 kV-lik hava xətlərinin 2,9 km-lik hissəsində və 10/0,4 kV-lik transformator məntəqələrində davam etdirilib.
Analoji işlər rayonun bir sıra kəndlərində də həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]