İQTİSADİYYAT


Ağdaş elektrik şəbəkəsi yenidən qurulur

Bakı, 13 noyabr, AZƏRTAC

“Ağdaş” Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və ənənəvi təmir-bərpa işləri yerinə yetirilir.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, avqust-oktyabr aylarında 6-10/0,4 kilovoltluq (kV) transformator məntəqələrində müxtəlif təyinatlı, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində isə əsaslı və cari təmir işləri aparılıb, istismara yararsız naqillər yeniləri ilə əvəz edilib.

Müəssisədə keçirilmiş reydlər zamanı ötən 9 ayda 170-dən artıq qayda pozuntusu aşkarlanıb. Nəticədə 563,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 33,8 min manata yaxın istehlak dəyəri bərpa olunub. Bu dövrdə müəssisə üzrə 60,9 milyon kilovat-saata yaxın, o cümlədən daimi əhali qrupu tərəfindən 36,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.