CƏMİYYƏT


Ağdaş rayon sakinindən narkotik vasitə götürülüb

Bakı, 20 fevral, AZƏRTAC

Ağdaş rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini R.Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.