MƏDƏNİYYƏT


Ağdaş rayonunda “Açıq kitabxana” aksiyası keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Ağdaş rayon Mərkəzi kitabxanasının və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər kitabxana filiallarının iştirakı ilə şəhərin müxtəlif ünvanlarında “Açıq kitabxana” aksiyası keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şəhərin müxtəlif ünvanlarında “Açıq kitabxana”, “26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür”, “Kitab oxumaq insanı kamilləşdirir”, “Səninlə qürur duyuruq Azərbaycan əsgəri”, “Güclü dövlət, güclü lider”, “Şəhidlər qürurumuzdur”, “Azərbaycan Mədəniyyəti və İncəsənəti”, “Azərbaycan gənci kitab oxumağın vaxtıdır”, “Mən oxudum, sən də oxu”, “Gəlin kitab oxuyaq” və digər mövzularda təşkil edilmiş sərgilərdə min nüsxədən çox kitab nümayiş olunub.

Aksiyada rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, şagirdlər, ziyalılar, ictimaiyyət nümayəndələri və rayon sakinləri sərgilərlə tanış olub, öz fikir və mülahizələrini bildiriblər. Tədbir boyunca çoxlu sayda yeni oxucu kitabxanalara üzv yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.