CƏMİYYƏT
Ağdaş rayonunda fəhlənin işlədiyi müəssisədə ağır xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Bakı, 7 may, AZƏRTAC
Mayın 6-da saat 15 radələrində Ağdaş rayonunun Qarağan kəndi ərazisində sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Ağdaş Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla İlkin Məcidovun məişət tullantılarının emalı və plastik məmulatlar sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət aldığı müəyyənləşdirilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.