CƏMİYYƏT
Ağdaş rayonunda keçmiş məhkumdan 410 qram marixuana aşkarlanaraq götürülüb
Bakı, 29 aprel, AZƏRTAC
Ağdaş rayonunda keçmiş məhkumdan 410 qram marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş F.Şirinov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində saxlanılıb. Axtarış zamanı ondan 410 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.