CƏMİYYƏT


Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 21 oktyabr, AZƏRTAC 

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub. Nəticədə Yuxarı Şirvan kanalına düşən Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.