MƏDƏNİYYƏT


Ağdaş rəssamları ilə onlayn görüş keçiriləcək

Bakı, 22 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlar ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə növbəti onlayn görüş təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Ağdaş rəssamlarının qatılacağı görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə reallaşacaq. Görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulur.

“Zoom” proqramı vasitəsilə baş tutacaq görüşdə iştirak etmək üçün Ağdaş rəssamlarının öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları [email protected] elektron-poçt ünvanına göndərmələri xahiş edilir.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.