REGİONLAR


Ağdaş sakinində “patı” və tramadol aşkarlanıb

Ağdaş, 28 iyul, AZƏRTAC

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd tramadol həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.