CƏMİYYƏT
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində şəhər sakini S.Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağdaş şəhər sakini S.Mustafayev saxlanılıb. Həmin şəxsdən də 455 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]