REGİONLAR


Ağdaş taxılçıları arpa səpininə başlayıblar

Ağdaş, 2 oktyabr, AZƏRTAC

Ağdaş taxılçıları gələn ilin məhsulu üçün taxıl əkininə başlayıblar və ilkin olaraq arpa səpilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin payızlıq əkin mövsümündə 13 min hektarda arpa, 5 min hektarda buğda səpini nəzərdə tutulub. Bu iş üçün 89 texnika, o cümlədən şum traktor və səpin aqreqatı hazırlanıb. Qısa vaxtda 500 hektardan çox sahədə əkin aparılıb. Rayonun daha iri taxılçılıq təsərrüfatları olan Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq və bir sıra digər ərazi dairələrində səpin kampaniyasına daha mütəşəkkil hazırlıqla başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.