REGİONLAR
Ağdaş taxılçıları ötən ildəkindən 1570 hektar çox sahədə səpin aparıblar
Ağdaş, 28 dekabr, AZƏRTAC
Ağdaş taxılçıları payızlıq səpin kampaniyasını demək olar ki, başa çatdırıblar. Bir sıra inzibati ərazi dairələrində artıq son səpinlər aparılır. İndiyədək bölgədə 15 min hektar proqnoz göstəriciyə qarşı 15 min 800 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl əkini sahələri artıq ötənilki payızlıq əkindən 1570 hektar artıqdır. Əkilən sahələrin 4191,9 hektarı buğda, 11 min 178,1 hektarı arpa, 430 hektarı isə xəsildir. Rayonun daha çox taxıl əkilən Yuxarı Nemətabad, Ərəbocağı, Ərəb, Kükəl, Kotanarx və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya mütəşəkkil keçib.
Qeyd edək ki, daha erkən səpin aparılan ərazilərdə normal çıxış alınıb. Fermerlər zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görmək üçün mütəxəssislərin nəzarəti altında əkin sahələrində müşahidələr aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]