CƏMİYYƏT


Ağdaş və Qobustan rayon sakinlərindən sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb

Bakı, 1 noyabr, AZƏRTAC

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Ləki kənd sakini T.Abdullayevdən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ərəbşalbaş kənd sakini Ə.Şahvələdovda sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.