REGİONLAR


Ağdaşda 2520 tondan çox çəltik yığılıb

Ağdaş, 21 oktyabr, AZƏRTAC

Ağdaş rayonunda çəltik biçini başa çatıb, sahələrdən 2520,8 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 757 hektarda çəltik əkilmişdi. Əkin sahəsi ötən ildəkindən 159 hektar çox olub. Bu il istehsal olunan məhsul da 547,4 ton artıb.

Qeyd edək ki, yerli məhsula tələbatın yüksək olması, dövlət tərəfindən çəltik əkini üçün subsidiyanın verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağının artmasına səbəb olub. Hazırda rayonda onlarla peşəkar çəltikçi fəaliyyət göstərir. Məsələn, Qaradağlı kəndindən cari ildə 20 hektar sahədə çəltik yetişdirən və rayon səviyyəsindən çox, 35 sentner məhsul götürən Əli Musayevin ailə fermer təsərrüfatı, Malay kəndindən 18 hektardan 35 sentnerdən də artıq çəltik götürən Amil Musayev və başqaları gələn il əkin sahələrini artırmağı qərara alıblar.

Ümumiyyətlə, rayonun Şıxlı, Aşağı Nemətabad, Qaradağlı, Mürsəl, Malay, Orta Ləki, Aşağı ləki və bir sıra digər ərazilərdə sakinlər keyfiyyəti ilə seçilən yerli düyünün istehsalına daha çox maraq göstərirlər. Bölgədə əsasən “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ qılçıqlı” düyü növlərinə üstünlük verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.