REGİONLAR


Ağdaşda 2 min 300 tondan çox kartof istehsal olunub

Ağdaş, 30 iyun, AZƏRTAC 

Ağdaş rayonunda cari mövsümdə 2 min 328 ton kartof tədarük olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il yaz fəslində 225 hektarda kartof əkilmişdi. Torpaq mülkiyyətçilərinin gəlir gətirən sahə kimi böyük maraq göstərdiyi kartof ən çox rayonun Kükəl, Şəmsabad, Qəsil, Gürcuva, Şıxlı ərazi dairələrində əkilir. Bu ərazilərin sakinləri üçün kartofçuluq artıq ənənəvi sahədir. Əkinçilər hazırkı mövsümdə hər hektardan orta hesabla 120 sentner məhsul əldə ediblər ki, builki iqlim şəraitində bu göstərici onları qane edir.

Qeyd edək ki, istehsal olunan kartof hər il olduğu kimi ilboyu böyük tələbat olan yerli bazarlara çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.