REGİONLAR


Ağdaşda “Çempionumuz” layihəsi çərçivəsində məktəblilərlə görüş olub

Ağdaş, 26 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə imzaladığı əsasnaməyə əsasən reallaşdırılan “Çempionumuz” layihəsi çərçivəsində noyabrın 25-də Ağdaşın Orta Ləki kənd tam orta məktəbində idmanın taekvondo növü üzrə paralimpiyaçı Ayxan Nuruyev ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, taekvondo idman növü üzrə məşqçi müəllim Eşqin İsmayılov layihə ilə əlaqədar məktəblilərə ətraflı məlumat verib, Ayxan Nuriyevin idmanda qazandığı uğurlar haqqında danışıblar.

Ayxan Nuriyev çox sevdiyi, həm də heç də asan olmayan idman sahəsindəki fəaliyyətindən danışıb, ayrı-ayrı yarışlardan xatirələr söyləyib, habelə məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirdə əsas məqsəd bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanılan rayon idmançılarının tanıdılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.