REGİONLAR


Ağdaşda COVID-19 pandemiyası əleyhinə 128 min 537 doza vaksin vurulub

Ağdaş, 17 fevral, AZƏRTAC

Ağdaş rayonunda vətəndaşların COVID-19 pandemiyasına qarşı vaksinasiyası davam etdirilir.

Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, indiyədək Ağdaşda 18 yaşdan yuxarı vətəndaşlara 1-ci, 2-ci və 3-cü doza üzrə 128 min 537 vaksin vurulub. Təkcə fevralın 16-da 487 nəfər vaksinasiya olunub. Onlardan 430 nəfərə “buster” doza vurulub.

Rayonda təhlükəli virusa qarşı mübarizə çərçivəsində vaksinasiyanın əhəmiyyəti barədə əhali arasında geniş təbliğat işləri də aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.