CƏMİYYƏT
Ağdaşda qaydaları pozan COVID-19 xəstələrinə qarşı cinayət işi başlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdiklərini müəyyənləşdiriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, rayonun Hüşün kənd sakini Kamil Ağayevin və Ağzıbir kənd sakini Elxan Mikayılovun koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Ancaq həmin şəxslər digərlərinin də sağlamlığı üçün real təhlükə yaradaraq yaşadıqları evləri tərk ediblər. Həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara geri qaytarılıblar.
Hər iki şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]