Ağdaşda Xocalı faciəsinə həsr olunan rəsm müsabiqəsinə yekun vurulub
AzerTAg.az
Ağdaş, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Ağdaşda Rayon Gənclər və İdman İdarəsinin Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə keçirdiyi “Xocalı soyqırımı xalqımızın qan yaddaşdır” mövzusundakı rəsm müsabiqəsinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən rəsm müsabiqəsində 40 nəfər ağdaşlı yeniyetmə və gənc iştirak edib. Rəsm həvəskarları münsiflər heyətinə təqdim etdikləri əl işlərində erməni hərbi birləşmələrinin dinc əhaliyə qarışı törətdikləri vəhşilikləri və bunun acı nəticələrini təsvir etməyə çalışıblar.
Müsabiqənin 10 ən yaxşı rəsm müəllifi Gənclər və İdman İdarəsinin diplomu ilə mükafatlandırılıb.






Xəbərin mətnində orfoqrafik səhv var