REGİONLAR
Ağdaşda cari mövsümdə 2204 hektardan çox kartof istehsal olunub
Ağdaş, 7 sentyabr, AZƏRTAC
Ağdaş rayonunda kartof yığımı başa çatıb və sahələrdən 2204,2 ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq əksər ərazilərdə ənənəvi təsərrüfat sahəsidir. Bazarlarda bu məhsula yüksək tələbat olduğundan ailə fermer təsərrüfatları və fiziki şəxslər kartof istehsalında maraqlıdırlar. Cari ildə 214 hektarda kartof yetişdirilmişdi ki, bu da ötən ildəkindən 12 hektar çoxdur. Məhsul istehsalı da keçən ilə nisbətən 281,2 ton artıb.
Qeyd edək ki, rayonun əksər ərazilərində, o cümlədən Şəmsabad, Qəsil, Kükəl, Qulbəndə, Gürcüva və digər ərazi dairələrində kartofçuluğa maraq daha böyükdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]