REGİONLAR
Ağdaşda cari mövsümdə 49 min tondan çox taxıl istehsal olunub
Ağdaş, 1 iyul, AZƏRTAC
Ağdaş rayonunda taxıl biçini kampaniyası başa çatıb. Builki mövsümdə zəmilərdən 49 min 308 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün 17 min 83 hektar sahədə taxıl yetişdirilmişdi. İstehsal olunan məhsul ötən ildəkindən 4724,8 ton çox olub. Hər hektarda orta məhsuldarlıq da 3 sentner artıb və 29 sentnerə çatıb.
Rayonun əksər ərazilərində, xüsusilə Yuxarı Nemətabad, Ərəbocağı, Kotavan, Ərəb və bir sıra digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]