REGİONLAR


Ağdaşda çəltik biçilir

Ağdaş, 11 sentyabr, AZƏRTAC

Ağdaş rayonunda çəltik biçininə ciddi hazırlıqlar başlanıb və hazırda hər gün sahələrə 5 kombayn çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə havaların quraq keçməsinə baxmayaraq, 615 hektar sahədə çəltik yetişdirilib. Qısa vaxtda 200 hektardan çox çəltik sahəsində biçin aparılıb və 1800 tona yaxın məhsul götürülüb.

Qeyd edək ki, çəltik bu il rayonun 14 inzibati ərazi dairəsində, xüsusilə daha çox Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Yuxarı Nemətabad, Yenicə, Aşağı Zeynəddin ərazilərində əkilib. Öz keyfiyyəti ilə seçilən və yerli bazarlarda heç də az alıcısı olmayan bu məhsulun istehsalında torpaq mülkiyyətçiləri çox maraqlıdırlar. Hazırda rayonda xeyli peşəkar çəltikçi var. Aşağı Zeynəddindən 22 hektarda çəltik yetişdirən Azər Həsənov, Malay kəndindən 20 hektarda əkin aparan Əli Musayev, Yuxarı Nemətabaddan Knyaz İsmayılov kimi çəltikçilər əkin sahələrini ildən-ilə artırmaqda çox maraqlıdırlar. Onlar cari mövsümdə hər hektardan 30-35 sentner məhsul götürmək əzmindədirlər ki, bu da ailə təsərrüfatı üçün yaxşı gəlir deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.