CƏMİYYƏT


Ağdaşda heroin alverçisi saxlanılıb

Bakı, 21 fevral, AZƏRTAC 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb. Axtarış zamanı ondan kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 bükümdə heroin və qurudulmuş marixuana, həmçinin elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Süleymanov da rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir bükümdə heroin aşkar olunub.

Faktlarla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.