REGİONLAR
Ağdaşda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Ağdaş, 5 sentyabr, AZƏRTAC
Ağdaş rayonunda heyvandarlıq aqrar sektorun əsas sahələrindəndir və hazırda bölgədə 73 min baş iribuynuzlu mal-qara, 81,3 min baş davar və 288,4 min baş quş bəslənilir. Cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilin səkkiz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Səkkiz ayda ət istehsalı diri çəkidə 1,2 ton artıb və 7015,2 ton olub. Süd və yumurta istehsalında da artım var. Belə ki, süd istehsalı 1854,4 ton artıb və 33316,3 tona, yumurta istehsalı isə 615 min ədəd çoxalıb və 17 milyon 138 min ədədə çatıb.