CƏMİYYƏT
Ağdaşda ikimərtəbəli evdə yanğın olub, bir nəfər xəsarət alıb
Bakı, 18 avqust, AZƏRTAC
Ağdaş rayonunda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, rayonun Məşəd kəndində ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğın baş verib. Hadisə nəticəsində ev əşyalarının bir qismi yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda, bir nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]