REGİONLAR


Ağdaşda indiyədək 9653 hektarda payızlıq taxıl səpilib

Ağdaş, 13 noyabr, AZƏRTAC

Ağdaşda payızlıq taxıl səpin davam edir və indiyədək 9653 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payız əkinlərinin 2510 hektarı buğda, 7063 hektarı arpa, 80 hektarı isə xəsildir. Bölgədə ərzaq təhlükəsizliyində xüsusi önəm kəsb edən bu mühüm strateji sahənin inkişafı diqqət mərkəzindədir. Təsadüfi deyil ki, indiyədək əkin aparılan sahələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 2150 hektardan çoxdur.

Rayonun əksər ərazilərində, xüsusilə Qaradeyin, Kotavan ərazi icra nümayəndəliklərində, Eymur bələdiyyəsində və digər yerlərdə səpin daha mütəşəkkil davam etdirilir. Səpin zamanı hər gün sahələrə 9 taxılsəpən texnika, kifayət qədər şum traktoru çıxarılır. Artıq 12800 hektarda şum aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.