REGİONLAR
Ağdaşda keçirilən əmək yarmarkasında 45 nəfərə işə göndəriş verilib
Ağdaş, 28 sentyabr, AZƏRTAC
Ağdaş Rayon Məşğulluq Mərkəzi rayon icra hakimiyyətinin dəstəyi ilə işaxtaran və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün əmək yarmarkası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasında 195 nəfərdən çox işaxtarana 29 idarə, müəssisə və təşkilat tərəfindən 169 boş iş yeri təklif olunub. Boş iş yerlərinin 48-i fəhlə, 104-ü qulluqçu, 17-si isə xidmət sahələrini əhatə edib. Təklif olunan iş yerlərində orta aylıq əməkhaqqı 130 manatdan 350 manatadək olub.
Əmək yarmarkasında 45 nəfər işaxtaran vətəndaşa işə göndəriş verilib. Habelə 12 nəfər peşə hazırlığına göndəriş alıb.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi, habelə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.