REGİONLAR


Ağdaşda kənd məktəbi üçün tikilən yeni binanın açılışı olub

Ağdaş, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Ağdaş rayonunun Orta Ləki kəndində Məhəmməd Nəbiyev adına tam orta məktəb üçün tikilən yeni binanın açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni təhsil ocağı ikimərtəbəli, 480 şagird yerlikdir. 23 sinif otağında, fənn kabinetləri və laboratorıyalarda tədrisin müasir tələblər səviyyəsində təşkili üçün hər cür şərait var. Yeni məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə tikilib.

Yeni tədris ocağının açılışında Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev, rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadə, rayon təhsil şöbəsinin müdiri Hürü Əliyeva iştirak ediblər.

Qonaqlar sinif otaqlarına, fənn kabinetlərinə, idman və akt zalına baxıb, yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.