REGİONLAR


Ağdaşda məhsul buraxılışının həcmi 2,3 milyon manat artıb

Ağdaş, 27 aprel, AZƏRTAC

Ağdaş rayonunda 2021-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələri üzrə 55,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu göstərici ötən illə müqayisədə 2,3 milyon manat və ya 4,3 faiz çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, sənaye məhsullarının istehsalı 31,5 faiz, kənd təsərrüfatı məhsullarının həcmi isə 2 faiz artıb. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 34,8 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.