REGİONLAR
Ağdaşda meyvə yığımı davam edir
Göyçay, 11 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda aqrar sahənin bir hissəsi olan meyvəçilik ildən-ilə inkişaf etməkdədir. Bu ilin yaz aylarında rayonda 100 hektar sahədə bütün meyvə növlərindən ibarət yeni bağ salınıb. Hazırda rayonda 2962,9 hektar meyvə bağı mövcuddur. Bunun 2093 hektarı bar verəndir. Ağdaşda alça, nar, xurma, heyva, gilas, gavalı və ərik bağları üstünlük təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonda alça, gilas, ərik, alma və çiyələk yığımı davam edir. Ağaclara lazımi aqrotexniki qulluq göstərən və ziyanvericilərə qarşı vaxtında mübarizə aparan bağbanlar bu il yüksək məhsul götürəcəklərinə əmindirlər.
Qeyd edək ki, 2017-ci ildə bağlardan 23987,6 ton məhsul yığılıb ki, bu da ümumilikdə hər hektardan orta hesabla 114,6 sentner təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]