REGİONLAR


Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş, 31 iyul, AZƏRTAC

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Göyçay rayonunun Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili qarşı tərəfdən gələn Ağdaş sakini, 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı göyçaylı sürücü Siyavuş Qafurov ağır xəsarətlər alaraq dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Göyçay sakini 1973-cü il təvəllüdlü Habil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi faktla bağlı araşdırma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.