CƏMİYYƏT
Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb
Bakı, 30 iyul, AZƏRTAC
Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyunun 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 santimetr, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır.
Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]