CƏMİYYƏT


Ağdaşda qadının bank hesabından pul oğurlayan şəxs tutulub

Bakı, 6 may, AZƏRTAC

Ağdaş rayonunun Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Mahir İsmayılov keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.