REGİONLAR


Ağdaşda şəhid Bəxtiyar Maqsudovun xatirəsi anılıb

Ağdaş, 17 oktyabr, AZƏRTAC

Ağdaş rayonunun Tofiqi kəndində Vətən müharibəsi şəhidi Maqsudov Bəxtiyar Mansur oğlunun doğum günündə xatirəsi anılıb. Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən şəhidin ailəsinə başsağlığı verilib, şəhidimizin ruhu dərin hüznlə yad edilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Şəhid Maqsudov Bəxtiyar Mansur oğlu 1996-cı il oktyabrın 17-də Ağdaşın Tofiqi kəndində anadan olub. Vətən müharibəsi başlayanda RPQ atıcısı kimi döyüşlərə qatılıb, düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Oktyabrın 23-də Tərtər-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğma kəndində torpağa tapşırılıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bəxtiyar ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.