REGİONLAR


Ağdaşda şəhidin xatirəsi əbədiləşdirilib

Ağdaş, 13 aprel, AZƏRTAC

Ağdaş rayonun Ağzıbir kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Söyxan Eldəniz oğlu İbrahimxəlilovun adına inşa edilən xatirə lövhəsinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin məsul işçiləri, şəhidin doğmaları, gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kənd sakinləri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, məktəblilər iştirak ediblər.

Çıxışlarda şəhidin qısa, şərəfli həyat yolundan danışılıb, ruhuna dualar oxunub. Qeyd olunub ki, şəhid Söyxan İbrahimxəlilov 2001-ci ildə Ağzıbir kəndində anadan olub. Ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində şərəfli döyüş yolu keçən Söyxan şəhidlik zirvəsinə ucalıb. 2020-ci ildə kənd qəbiristanlığında dəfn olunub. Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.