REGİONLAR


Ağdaşda şəhidlərə həsr olunan “Ən ali məqam” kitabının təqdimatı keçirilib

Ağdaş, 27 aprel, AZƏRTAC

Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Əməkdar müəllim Yaqut Mustafayevanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağdaşın igid oğullarının həyatından, döyüş yolundan bəhs edən “Ən ali məqam” kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən danışıb, müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Vətən müharıbəsində Ağdaşdan 32 nəfər şəhid olub, bir nəfər itkin düşüb. İ.Yusifzadə, eləcə də digər çıxış edənlər bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib, şəhidlərimizə həsr edilən sözügedən kitabın yetişməkdə olan gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətini vurğulayıblar. Sonda ağdaşlı şəhidlərdən bəhs edən “Ən ali məqam” kitabının müəllif Yaqut Mustafayeva əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.