REGİONLAR


Ağdaşda sənaye məhsullarının istehsalı 31 faiz artıb

Ağdaş, 11 may, AZƏRTAC

Aqrar bölgələrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, kənd təsərrüfatı rayonu olan Ağdaşda təkcə cari ilin birinci rübündə sənaye məhsullarının istehsalı 31 faiz artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin ilk rübündə Ağdaşda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar, habelə ev təsərrüfatları tərəfindən 23 milyon 589,4 min manatlıq sənaye məhsulları istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 697,9 min manat çoxdur.

Qeyd edək ki, istehsal olunan sənaye məhsullarının 85,6 faizi emal sahələrindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.