REGİONLAR
Ağdaşda tikinti-quraşdırma işlərinə 2,4 dəfə çox vəsait ayrılıb
Ağdaş, 6 may, AZƏRTAC
Ağdaş rayonunda 2022-ci ilin yanvar-mart aylarında müəssisə və təşkilatlar tərəfindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən ayrılan vəsait əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin ilk üç ayında əsas kapitala 6 milyon 721,5 min manat vəsait ayrılıb. Bu müddətdə əsas kapitala yönəldilən vəsaitin 1 milyon 554,4 min manatı və ya 23,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin 31,3 min manatı və ya 2 faizi dövlət, 1 milyon 523,1 min manatı və ya 98 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb.