REGİONLAR


Ağdaşda yarım ildə ümumi məhsul buraxılışının həcmi 13,6 faiz artıb

Ağdaş, 1 avqust, AZƏRTAC

Ağdaş rayonunda bu ilin birinci yarısında iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 178,2 milyon manat olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz və ya 21,3 milyon manat çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yarım ildə kənd təsərrüfatı istehsalı sahəsində artım 7 faiz olub. Ən çox artım sənaye məhsulları istehsalındadır. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 39 milyon 630,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu da əvvəlki ilin ilk altı ayı ilə müqayisədə 15 milyon 474,6 min manat çoxdur. Qeyd edək ki, sənaye məhsulları istehsalının 93,4 faizi emal sektorunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.