REGİONLAR


Ağdaşda yarım ildə ümumi məhsul istehsalı 16.9 faiz artıb

Ağdaş, 1 avqust, AZƏRTAC

Ağdaşda 2022-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələri üzrə 208 milyon 514 min manatlıq məhsul istehsal olunub. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,9 faiz və ya 30 milyon 133,5 min manat çoxdur.

Rayon statistika idarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yarım ildə ümumi məhsul buraxılışının 50,9 faizi kənd təsərrüfatının, 23,2 faizi sənayenin payına düşür. İlin ilk 6 ayında sənaye məhsulu istehsalı 22,3 faiz, kənd təsərrüfatı məhsulu istehsalı isə 18,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.