REGİONLAR


Ağdaşda yay şumuna 30-dək traktor cəlb olunub

Ağdaş, 27 iyul, AZƏRTAC

Ağdaş rayonunda payız mövsümündə 15 min hektarda taxıl əkiləcəyi nəzərdə tutulur.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə hazırda sahələrdə yay şumu çıxarılır. Artıq 700 hektardan çox sahədə şum qaldırılıb. Yay şumuna 30-dək traktor cəlb edilib. Rayonun əksər ərazilərində, xüsusilə Ərəb, Birinci Aral, Yuxarı Nemətabad, Ərəbocağı və bir sıra digər ərazi vahidlərində bu iş daha mütəşəkkil aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.