REGİONLAR


Ağdaşda yay şumunun aparılması üçün hər gün sahələrə 36 traktor çıxarılır

Ağdaş, 6 sentyabr, AZƏRTAC

Əkinciliyin aqrar sektorda aparıcı sahələrdən olduğu Ağdaş rayonunda hazırda yay şumu aparılır və bu iş üçün hər gün sahələrə 36 traktor çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 14 min 650 hektarda payızlıq əkinlər üçün yay şumunun çıxarılacağı gözlənilir və artıq 5010 hektardan çox sahədə şum qaldırılıb. Hazırda işlər sürətlə davam etdirilir. Yay şumunun zəruri aqrotexniki tədbir olduğunu diqqətdə saxlayan fermerlər və fiziki şəxslər bu mühüm işin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün ciddi səy göstərirlər. Əksər ərazilərdə, o cümlədən Müsüslü, Yuxarı Şilyan, Əlikənd, Qazıqumlaq və bir sıra digər ərazi icra nümayəndəliklərində işlər daha mütəşəkkil təşkil olunub. Rayonda yay şumunun sentyabrın sonunadək başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.