REGİONLAR


Ağdaşda yeni körpələr evi-uşaq bağçası tikilir

Ağdaş, 20 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Hazırda rayonda 80 yerlik yeni uşaq bağçası üçün bina inşa olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə tikinti işlərini podratçı təşkilat olan "XİM EKSPRES-2000" MMC həyata keçirir. Məlumata görə, sahəsi 692,08 kvadratmetr olan Ağdaş şəhər 8 saylı körpələr evi-uşaq bağçası bir korpusdan ibarətdir.

Bağçanın korpusu iki mərtəbədən və zirzəmidən ibarətdir. Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan iki ədəd su anbarı, nasosxana və qazanxana da tikilir. Bağçada oyun meydançası, çardaq da inşa edilir ki, bu da uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün olduqca vacibdir. Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, mətbəx, tibb kabineti, ütüləmə, qabyuma otağı da olacaq.

Yeni körpələr evi-uşaq bağçasını ilin sonunda balaca fidanların istifadəsinə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.