REGİONLAR


Ağdaşın Ləki qəsəbəsinə içməli su xətti çəkilir

Ağdaş, 30 iyul, AZƏRTAC 

Ağdaşın 3812 nəfər əhalisi olan Ləki qəsəbəsinin içməli su təchizatı yenidən qurulur. Belə ki, rayon mərkəzindən 8 kilometr məsafədə olan qəsəbəyə yeni su xətti çəkilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbəyə su xəttinin çəkilişi “Azərsu” ASC-nin sifarişi ilə ALKE şirkəti tərəfindən həyata keçirilir. İşlərə cari ilin may ayından başlanılıb. Qəsəbəyə su 280 millimetrlik polietilen borularla gətiriləcək.

Artıq qəsəbədə 95 bulaq tikilib. İşlərin bu il başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.