İQTİSADİYYAT


Agent bankçılığın perspektivləri müzakirə olunub

Bakı, 12 oktyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən tədbirdə maliyyə inklüzivliyinin gücləndirilməsində agent bankçılığın rolu, agent bankçılığın perspektivləri, təqdim olunan xidmətlər və agent bankçılığın tətbiqi imkanları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə palata tərəfindən agent bankçılığın perspektivləri sahəsində beynəlxalq təcrübəyə dair araşdırma nəticələri iştirakçılara açıqlanıb. Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə agent bankçılığa təsiredici amillər, risklər, habelə bank və agent münasibətlərinin tənzimlənməsi açıqlanaraq iştirakçıların agent bankçılıq və onun tətbiqi perspektivləri ətrafında sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.