ELM VƏ TƏHSİL
Agentlik: Piratçılığa qarşı tədbirlər çərçivəsində 100 min 865 ədəd nəzarət markası verilib

Bakı, 3 mart, AZƏRTAC
Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, il ərzində 100 min 865 ədəd nəzarət markası verilib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, proqram təminatı sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ABŞ-nin “Microsoft”, “Oracle” və “Trimble Tekla” şirkətləri ilə əməkdaşlıq davam etdirilib, onlayn rejimdə məsləhətləşmələr aparılıb, görüşlər keçirilib, əlaqələrin perspektivləri müzakirə olunub.
Aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq, müşahidələr göstərir ki, 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 20 faizə, audio-video məhsul bazarında 90 faizdən 53 faizə, proqram təminatında 96 faizdən 71 faizə düşüb.